Oğlum Qaya üçün


(Müvəffəqiyyətlərindən ruhlanaraq)

Yamyaşıl umudumsan, oğul,
Göyərəcəksən,
Çiçəyə dönəcəksən,
Yarpağa dönəcəksən
İpəyə dönəcəksən.
Qaralan buludumsan, oğul.
Şimşəyin şaxıyacaq,
Zülmətə şığıyacaq,
Şıdırğı yağacaqsan,
Sellənib axacaqsan,
Daşları ovacaqsan,
Bəndləri yıxacaqsan.

                                İbad Əliyev
                                       14.03.2002
Şeirin əlyazması linkdə


Bulaq həmən bulaq deyil


                                Bu həsəd yanğısıyla 
                                Sən ha sürün, iməklə;
                               Ağız ki şirin olmur
                               Halva-halva deməklə.

Vaxt-vədəsiz uralandı,
O bağ həmən o bağ deyil.
Kif qoxulu yağış gölü,
Lilli nohur bulaq deyil.

               ***      
Hər ocağın öz yiyəsi,
Səs yiyəsi, söz yiyəsi.
Var ocağın öz yiyəsi.
Öz yiyəsi söz deyəsi.
                        
                *** 
Həvəsdirsə, daha bəsdir.
Baş sındırmaq bunca yetər.
Çayır üstə bitər çayır,
Yonca üstə yonca bitər.

                *** 
Kəsdirilə başı üstü
Sübh açılcaq, o çağ deyil;
O bağ həmin o bağ deyil,
Ocaq həmən ocaq deyil
Bulaq həmən bulaq deyil.


İbad Novruzoğlu

Free counters!