Nuri-Turdu
işıqsaçan cəmalı.
Hidayətdi
Yaradana kəmalı.
Həm
tənimdi, həm canımdı Məhəmməd.
*
* *
O, qüdrətdi-ehtişamlı
bir nəhəng,
Vurar qəlbim təqvasıyla
həmahəng.
Quranıdır bağçasından bir çələng,
Eşq taxtında Sultanımdı Məhəmməd.
*
* *
Bir qətrəyəm,-bir Ümmanın qətrəsi,
Bir zərrəyəm,-Yaradanın zərrəsi,
Dərgahına
dönəsiyəm, dönəsi,
Cahanımdı,
cahanımdı Məhəmməd.
İbad Əliyev