Məhəmməd

                                                 
                                  
                                               Məhəmməd peyğəmbərə...

Vəsfə gəlməz gözəlliyi, cəlalı.
Nuri-Turdu işıqsaçan cəmalı.
Hidayətdi Yaradana kəmalı.
Həm tənimdi, həm canımdı Məhəmməd.


     *               *               *

O, qüdrətdi-ehtişamlı bir nəhəng,
Vurar qəlbim təqvasıyla həmahəng.
Quranıdır bağçasından bir çələng,
Eşq taxtında Sultanımdı Məhəmməd.


     *               *               *

Bir qətrəyəm,-bir Ümmanın qətrəsi,
Bir zərrəyəm,-Yaradanın zərrəsi,
Dərgahına dönəsiyəm, dönəsi,
Cahanımdı, cahanımdı Məhəmməd.


İbad Əliyev

2 şərh:

Adsız dedi ki...

Eşq olsun bunu yazan İbad müəllimə.

MaD dedi ki...

Var Ol, Böyük İnsan! Gənclərə Ən Gözlərinnən Nümunə Sizin Kimi Geniş Ürəyli Şəxslər Olmalıdır, Üzdə gəzən çaqqallar yoxdu. Ala Can Sağlığı Versin Sizə Ibad Ustad.

Free counters!