Bu həsəd yanğısıyla
Sən ha sürün, iməklə;
Ağız ki şirin olmur
Halva-halva deməklə.
Vaxt-vədəsiz uralandı,
O bağ həmən o bağ deyil.
Kif qoxulu yağış gölü,
Lilli nohur bulaq deyil.
***
Hər ocağın öz yiyəsi,
Səs yiyəsi, söz yiyəsi.
Var ocağın öz yiyəsi.
Öz yiyəsi söz deyəsi.
***
Həvəsdirsə, daha bəsdir.
Baş sındırmaq bunca yetər.
Çayır üstə bitər çayır,
Yonca üstə yonca bitər.
***
Kəsdirilə başı üstü
Sübh açılcaq, o çağ deyil;
O bağ həmin o bağ deyil,
Ocaq həmən ocaq deyil
Bulaq həmən bulaq deyil.
İbad
Novruzoğlu
0 şərh:
Yorum Gönder